Ailə vəzifələri olan işçinin işdən azad olunması və ya qısaldılmış iş günü tələb etmək hüququ varmı?

  • Müəllif: Orxan
  • 05 Fevral 2026 11:00

İşçi hüquqlarında bir çox məsələlər var ki, onları çox adam bilmir.

Bunlardan biri də işçinin ailə vəzifələrinin olmasıdır.

Daha dəqiq, məsələn, xəstə valideynə qulluq edən işçinin vəzifələri məsələsi.

Bu barədə hüquqşünas Şamil Paşayev Gununsesi.info-ya danışıb.

O bildirib ki, 2026-cı il dəyişiklikləri ilə Əmək Məcəlləsinə əlavə edilən yeni müddəalara əsasən, ailə vəzifələri olan işçi (tibbi rəyə əsasən qulluğa ehtiyacı olan ailə üzvünə qulluq edən) işəgötürəndən qısaldılmış iş günü və ya əlavə məzuniyyət tələb edə bilər.

Hüquqşünas eyni zamanda deyib:

“İşəgötürən bundan imtina etsə, işçi Əmək Müfəttişliyinə və ya məhkəməyə müraciət edə bilər. Bu halda ayrı-seçkilik qadağandır”.

Orxan
Gununsesi.info