Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri cənab Dirk Lölke artıq Bakıdadır.
Gununsesi.info–nun xəbərinə görə bu barədə adıçəkilən ölkənin Bakıdakı səfirliyi məlumat yayıb.
“Qarşıdan gələn illərdə Almaniya -Azərbaycan münasibətlərini daha da gücləndirməyə, ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə həvəslə gözləyirəm“, – deyə bu gün Bakıdakı Almaniya Səfirliyində fəaliyyətinə başlayan Səfir Lölke bildirib.
Afət Abbasova
Gununsesi.info












