AMB 2 şirkətin vəzifəli şəxslərini cərimələdi

  • Müəllif: Firuzə
  • 28 Noyabr 2025 14:02

Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta mübadiləsi xidməti göstərən “Money Shop” və MMK-014 MMC-lərin vəzifəli şəxslərini inzibati məsuliyyətə cəlb edib.

AMB-dən Gununsesi.info-ya verilən məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində valyuta tənzimi qanunvericiliyinin tələblərinin pozulması aşkarlanıb.

Odur ki, hər iki şirkətin vəzifəli şəxsləri ayrı-ayrılıqda Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə müvafiq olaraq, 1 000 manat cərimələnib.

 

Gununsesi.info