Anar Əliyev ona nazirlikdə yüksək vəzifə verdi

  • Müəllif: Firuzə
  • 29 Aprel 2026 20:06

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda (DSMF) yeni təyinat olub.

Gununsesi.info Oxu.az-a istinadla xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb.

Nazirin əmri ilə Seymur Mahmudlu DSMF-nin Strateji planlaşdırma və investisiyalar departamentinin müdir müavini təyin olunub.

S.Mahmudlu bu təyinatadək “Azərsun Holdinq”də müxtəlif vəzifələrdə çalışıb.

Gununsesi.info