Argentina və Braziliya final oynayacaq – VİDEO

  • By admin
  • 07 İyul 2021 09:23

Futbol üzrə Amerika Kubokunun ikinci finalçısının adı məlum olub.

Gununsesi.info xəbər verir ki, yarımfinalda Argentina ilə Kolumbiya yığması üz-üzə gəlib.

Oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb.

Penaltilər seriyasında isə Lionel Messinin komandası üstün (3:2) olub.

Beləliklə finalda Braziliya və Argentina yığmaları qarşılaşacaq.

Xatırladaq ki, turnirə ev sahibliyini Braziliya edir.