“Ata ocağı”nın bu səhnəsi İranda yanlış anlaşıldı -FOTO/VİDEO

Azərbaycan istehsalı olan “Ata ocağı” serialının 2018-ci ildə efirə gedən seriyalarının birində yer alan səhnə tviterin İran seqmentində trend olub.

Gununsesi.info xəbər verir ki, istifadəçilərdən biri sözügedən səhnəni belə təqdim edib:

“Həyatımda gördüyüm ən kədərli səhnə: qızının toyunda rəqs edəcəyini söz verən ata övladının etiraz aksiyalarında İran rejimi tərəfindən öldürülməsindən sonra onun qəbri başında rəqs edir”.

Sosial şəbəkə istifadəçiləri həmin videonun bu günlərdə İranda çəkildiyini zənn ediblər.

Qeyd edək ki, serialda “Nazim ata” obrazını Xalq artisti Qurban İsmayılov canlandırır.

 

Gununsesi.info