Avropa Birliyinin xarici işlər komissarı Navalnıya görə Rusiyanı ittiham edir

  • By admin
  • 06 Fevral 2021 16:50

Avropa İttifaqının xarici işlər komissarı Josep Borrel fevralın 5-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlarında müxalifətçi Aleksey Navalnının azad edilməsinə çağırıb: “Mənim səfərim Aleksey Navalnının həbs və məhkum olunduğu, habelə minlərlə nümayişçinin saxlandığı vaxta düşüb.

Mən cənab Lavrova bu faktlarla bağlı dərin narahatlığımı bildirdim, Navalnının azad olunmasına və onun zəhərlənməsi ilə bağlı tam təhqiqatın aparılmasına çağırdım”.

Borrelin sözlərinə görə Avropa İttifaqı Rusiyanın suverenliyinə və daxili öhdəliklərinə hörmət etsə də, Moskvanın təməl vətəndaş hüquqları və azadlığına dair də öhdəliklərinin olduğunu xatırladır.

O bildirib ki, Avropanın Rusiya ilə hazırkı münasibətləri fikir fərqləri, etimadın itirilməsi ilə müşayiət olunur, amma bəzi sferalarda əməkdaşlıq mümkündür. Borrel bu qəbildən mədəni mübadiləni, təhsili, səhiyyıəni, pandemiya ilə mübarizəni və iqlim dəyişikliyini misal gətirib.

Gununsesi.info