Avropada koronavirusa yoluxma rekord həddə çatdı

  • By admin
  • 13 Noyabr 2021 09:23

Avropa ölkələrində SARS-CoV-2-yə yoluxanların sayı rekord həddə çatıb.

Gununsesi.info xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus bildirib.

“Ötən həftə Avropada 2 milyona yaxın koronavirusa yoluxma halı qeydə alınıb ki, bu da pandemiyanın başlanmasından indiyə qədər regionda ən yüksək göstəricidir”, – Qebreyesus deyib.

O qeyd edib ki, koronavirus peyvənd olunanların çoxluq təşkil etdiyi ölkələrdə də sürətlə yayılır.

Peyvəndin xəstəliyin ağır gedişini azaltdığını vurğulayan ÜST rəhbərinin sözlərinə görə, bu, virusun insandan insana keçməsinin tam qarşısını almır:

“Koronavirus pandemiyasına son qoymaq üçün peyvənd kifayət deyil, maskaların taxılması və sosial məsafənin qorunması da lazımdır”, – ÜST rəhbəri əlavə edib.

Gununsesi.info