Avropanın ən böyük hərbi hava qüvvələrinin təlimi başlayır

  • By admin
  • 29 May 2023 21:50

Finlandiya, Norveç və İsveçin Hərbi Hava Qüvvələri mayın 29-dan iyunun 9-dək Avropanın ən böyük hərbi təlimini keçirəcəklər.

Sözügedən “Arctic Challenge – 2023” hərbi təlimlərinə Finlandiya Hərbi Hava Qüvvələri rəhbərlik edəcəklər.

Təlimdə 14 ölkənin silahlı qüvvələrinin 3000-ə yaxın hərbi qulluqçusu və 150 ​​təyyarəsi iştirak edəcək.

Təlimlərə Finlandiya, Norveç və İsveçdən başqa Niderland, Belçika, Böyük Britaniya, İtaliya, Kanada, Fransa, Almaniya, İsveçrə, Danimarka, Çex Respublikası və ABŞ nümayəndələri də qatılacaqlar.

NATO nümayəndələri isə təlimlərdə özünün AWACS təyyarələri ilə iştirak edəcəklər.

Missiyalar əsasən Finlandiya, Norveç və İsveçin şimal bölgələrində həyata keçiriləcək.

Gununsesi.info