Yollarda görmə məsafəsi məhdudlaşacaq

  • By admin
  • 29 May 2023 21:36

Sabah ölkənin bəzi yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Mayın 30-da dağlıq rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq gecə və səhər saatlarında magistral avtomobil yollarının ayrı-ayrı hissələrində görünüş məsafəsinin 700-1000 m-dək məhdudlaşacağı ehtimal olunur.

Gununsesi.info