
Azərbaycan-Özbəkistan İnvestisiya Fondu yaradılacaq.
Gununsesi.info xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun nizamnamə kapitalı Azərbaycan tərəfi üçün 75 %, Özbəkistan tərəfi üçün isə 25 % müəyyənləşdirilib. Bundan əlavə, baş ofis Özbəkistanda, nümayəndəlik Azərbaycanda olacaq.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Gununsesi.info