Azərbaycan ordusunun 3 generalı ehtiyata göndərildi

  • By admin
  • 25 Aprel 2021 14:19

General-leytenant Zahid Hüseynov, general-mayor Rasim Əliyev və general-mayor Lənkəran Əliyev yaşa görə ehtiyata buraxılıblar.

Gununsesi.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib.

Qeyd edək ki, Z.Hüseynov Baş qərargah rəisinin müavini, L.Əliyev Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun inspeksiya rəisi, R.Əliyev isə İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edirdi.

Gununsesi.info