Azərbaycan para-badmintonçusu beynəlxalq turnirdə bürünc medal qazanıb

  • By ilhame
  • 21 Aprel 2024 15:04

Azərbaycanlı para-badmintonçu İbrahim Əliyev İspaniyanın Vitoriya-Qasteys şəhərində keçirilən beynəlxalq turnirdə qoşa yarışda bürünc medal qazanıb.

 

Gununsesi.info-ya bu barədə  Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

 

Sinqapurlu Tay Vey Minqlə birgə mübarizə aparan idmançımız qrup mərhələsini uğurla tamamlayıb. Növbəti – 1/4 finalda Fransadan olan rəqiblərini məğlub edən cütlük yarımfinala vəsiqə qazanıb.

 

Təmsilçilərimiz yarımfinal qarşılaşmasında Hindistan idmançılarına məğlub olaraq bürünc medala sahib çıxıb.

Gununsesi.info