Azərbaycan səmasında görünən obyektlə bağlı Rusiya MN-dən açıqlama

  • By ilhame
  • 12 Aprel 2024 21:44

Azərbaycan səmasında görünən obyektlə bağlı Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

 

Bildirilib ki, Rusiyanın Kapustin Yar poliqonundan qitələrarası ballistik raketin sınaq buraxılışı həyata keçirilib.

 

Məlumata görə, Həştərxan vilayətindəki dördüncü poliqondan qitələrarası ballistik raket uğurla buraxılıb.

 

“Əldə edilən nəticələr Rusiya Federasiyasının strateji təhlükəsizliyinin təmin edilməsində Rusiya raketlərinin yüksək etibarlılığını təsdiqləyir. Raket buraxılışının tapşırıqları tam şəkildə yerinə yetirilib”, – məlumatda deyilir.

 

Qeyd edək ki, Rusiyanın Kapustin Yar poliqonundan buraxılışı həyata keçirilən qitələrarası ballistik raket Azərbaycanın müxtəlif bölgələrində səmada görünüb.

Gununsesi.info