“Azərbaycan yenidən inşa edilir” -Ərdoğan

  • By admin
  • 20 Oktyabr 2022 18:54

“Dağılmış olan şəhər və kəndlər qardaşım İlham Əliyevin rəhbərliyi ilə canlanır”.

Gununsesi.info xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Cəbrayıl şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatlarla çıxışı zamanı deyib.

“Bütün təmir-bərpa işləri ilə yenidən Azərbaycan inşa edilir. Hazırda bunları yaşayırıq və eşidərək deyil, görərək bu ifadələri istifadə edirik. Başda İlham Əliyev olmaqla bütün heyətin əl-ələ verərək atdıqları addımlar, gördükələri işlərlə, bu qədər qısa müddətdə Azərbaycan sanki küllərindən doğaraq yenidən ayağa qalxır”, – Ərdoğan bildirib.

Gununsesi.info