Azərbaycanda 5 ulduzlu otellərə tələbat daha çoxdur

  • By admin
  • 18 May 2021 11:32

“Ölkədə 5 ulduzlu otellərə tələbat daha çoxdur. Bu səbəbdən Azərbaycanda daha çox 5 ulduzlu hotellər inşa edilir.”

Gununsesi.info xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov deyib.

E. Cavadov qeyd edib ki, turizmə investisiyanın cəlb edilməsi ilə bağlı İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilir:

“Bu sənədlərdə regionlarda aşağı ulduzlu hotellərin tikintisi nəzərdə tutulur. Yalnız vətəndaşlar tərəfindən 5 ulduzlu otellərə tələbat çox olduğuna görə, onların sayı daha çox üstünlük verir”.

Gununsesi.info