Azərbaycanda DƏHŞƏTLİ YANĞIN:   Yaralılar var

  • By admin
  • 12 İyun 2021 10:41

Gəncə şəhəri, H.Əliyev prospektində 4 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində partlayış baş verib.

Gununsesi.info-nun verdiyi məlumata əsasən, hadisə H.Əliyev prosspektində 4 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində baş verib.

Hadisə nəticəsində 1962-ci il təvəllüdlü Rzayev Rüzigar Salman oğlu, 1981-ci il təvəllüdlü Cabbarov Mehdi Mirağa oğlu və Rzayeva İradə Oktay qızı ağır yanıq xəsarətləri alıblar.

Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə hadisə qaz sızması nəticəsində baş verib

xxx

07:56

Ötən gecə Gəncə şəhərinin Heydər Əliyev prospektində yerləşən, bina “56 A”da baş verən yanğın nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.

Yanğın nəticəsində 1981-ci il təvəllüdlü Cabbarov Mirmehdi Mirağa oğlu və digər mənzildə olanlar, 1968-ci il təvəllüdlü Rzayeva İradə Oktay qızı, onun həyat yoldaşı, 1962-ci il təvəllüdlü Qasımov Rüzgar Salman oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Onlar öncə özəl xəstəxanaya, daha sonra Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar.

İlkin məlumata görə, yanğın M.Cabbarovun mənzilində qeydə alınıb. Onun siqaret çəkmək istədiyi zaman partlayış baş verdiyi bildirilir.

Qonşuluqda olan ər və arvadın vəziyyəti normal, C.Cababrovun vəziyyəti isə kafi qiymətləndirilir.

Gununsesi.info