Azərbaycanda minimum əmək haqqı nə zaman artırılacaq?

  • By admin
  • 27 Dekabr 2022 09:49

2023-cü il yanvarın 1-dən qonşu ölkələrdə aylıq minimum əmək haqqının (MƏH) artırılamasına qərar verilib. Belə ki, gələn ildən MƏH Ermənistanda 75 000 dram (325 manat), Belarusda 554 rubl (375 manat), Rusiyada 16 242 rubl (404 manat), Belarusda 554 rubl (375 manat), Türkiyədə 8500 lirə (775 manat) olacaq.
İlin başa çatmasına 4 gün qalmasına baxmayaraq Azərbaycanda hələ də MƏH-in artırılmasına dair prezident fərmanı verilməyib.

İqtisadi alim Qubad İbadoğlu Gununsesi.info-ya deyib ki, hazırda Azərbaycanda MƏH 300 manatdır ki, bu da Ermənistandan 8,3 faiz, Belarusdan 25 faiz, Rusiyadan 34,6 faiz, Türkiyədən 2,58 dəfə aşağıdır:

“Aylıq orta əmək haqqına (OƏH) gəlincə, 2022-ci il noyabrın 1-ə OƏH Azərbaycanda 487.059 dollar, Gürcüstanda 596.217 dollar, Ermənistanda 602.393 dollar, Qazaxıstan 677.304 dollar olub. Beləliklə də Azərbaycanda OƏH Gürcüstandan 22,4 faiz, Ermənistandan 23,8 faiz, Qazaxıstandan 39 faiz aşağıdır.
Göründüyü kimi həm MƏH və həm də OƏH göstəricisinə görə Azərbaycan müqayisə üçün təqdim etdiyim qonşu ölkələrdən geri qalır. Odur ki, bir daha Azərbaycan hökümətini 2023-cü ilin yanvarın 1-də MƏH-i qaldırmağa dəvət edirəm. Avropa sosial xartiyasına görə bu məbləğ Azərbaycanda ən azı OƏH-nın 60 faizi qədər, yəni 500 manatdan yuxarı olmalıdır”.

Gununsesi.info