Azərbaycanda problemli kreditlərin məbləği artdı

  • Müəllif: Firuzə
  • 25 May 2026 10:53

Bu il mayın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 614,2 milyon manat təşkil edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Bu, aprelin 1-i ilə müqayisədə 0,9 % azdır.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbərən 17,1 %, son 1 ildə isə 22,2 % artıb.

Aprelin sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,9 % təşkil edib. Bu nisbət martın sonuna 1,9 %, ötən ilin sonuna 1,6 %, ötən il aprelin sonuna isə 1,7 % olub.