Azərbaycanda siyasi partiyalara ayrılacaq vəsait açıqlandı

  • Müəllif: Firuzə
  • 23 Oktyabr 2025 16:41

Gələn il deputatları Milli Məclisdə təmsil olunan siyasi partiyalara nə qədər vəsaitin ayrılacağı açıqlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2026-cı il üzrə büdcə zərfi layihəsində qeyd olunub.

2026-cı ildə VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının təmsil etdikləri siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün 6,0 milyon manat vəsait nəzərdə tutulub.

 

Gununsesi.info