Azərbaycanda yeni televiziya ulduzları niyə yetişmir?

  • Müəllif: Orxan
  • 27 İyul 2026 11:35

Aparıcı Elman Bakuvi Azərbaycanda televiziya sahəsinin hazırkı vəziyyəti ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.

Gununsesi.info-nun xəbərinə görə, o bildirib ki, son illərdə ölkədə elə bir yeni televiziya aparıcısı formalaşmayıb ki, təkcə adı proqramın reytinq toplamasına səbəb olsun və sponsorlar həmin sima ilə işləmək üçün növbəyə düzülsün.

Elman Bakuvinin sözlərinə görə, bu gün tanınan televiziya simalarının əksəriyyəti 20–25 il əvvəl efirə çıxan aparıcılardır və onların da bir çoxunun verilişləri artıq bağlanıb.

Aparıcı qeyd edib ki, əvvəllər hətta xəbər aparıcıları belə geniş auditoriya tərəfindən tanınır, bəzən xəbər proqramları məhz aparıcının nüfuzuna görə izlənilirdi.

Onun fikrincə, hazırda isə istər keyfiyyətli, istərsə də keyfiyyətsiz məzmun hazırlayan sosial media fenomenləri həm daha çox tanınır, həm də daha yüksək gəlir əldə edirlər.

Elmar

Gununsesi.info