Azərbaycandakı xarici diplomatlar Cocuq Mərcanlıda olublar – FOTOLAR

  • By admin
  • 06 Fevral 2021 11:30
Azərbaycan Prezidenti İlham Əliyevin təlimatına uyğun olaraq, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin Ermənistanın işğalından azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər ediblər.

Gununsesi.info-nun xəbərinə görə, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xarici diplomatlara Cocuq Mərcanlı kəndi barədə məlumat verib.

H.Hacıyev bildirib ki, Cocuq Mərcanlı kəndi Azərbaycan üçün qayıdış rəmzidir.