“AzərEnerji” və “Azərişıq” rəhbərliyi şəhidlərin xatirəsini andı - Fotolar

  • Müəllif: Şəbnəm
  • 27 Sentyabr 2026 12:19

27 Sentyabr – Anım Günü ilə bağlı “AzərEnerji” və “Azərişıq”ASC-lərin rəhbərliyi və kollektiv üzvləri Zəfər abidəsini ziyarət ediblər.

Gununsesi.info xəbər verir ki, şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Abidə önünə gül dəstələri düzülüb.