“Azərsilah”ın Şirvandakı zavodunda qəza OLDU

  • Müəllif: Firuzə
  • 19 Fevral 2026 10:40

Fevralın 18-də “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin strukturuna daxil olan “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodunun sexlərinin birində istehsalat qəzası baş verib.

Bu barədə Gununsesi.info-ya Müdafiə Sənayesi Nazirliyindən bildirilib.

Qeyd edilib ki, qəza nəticəsində xəsarət alan olmayıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Gununsesi.info