Azad edilmiş ərazilərdə 1 558 mina və PHS təmizləndi

  • Müəllif: Firuzə
  • 07 Sentyabr 2026 15:37

Azad olunan ərazilərdə avqustun 31-dən sentyabrın 6-dək 28 tank əleyhinə mina, 140 piyada əleyhinə mina, 1390 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Gununsesi.info  xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Hesabata əsasən, həmin müddət ərzində 1706,4 ha ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN), beş yerli təşkilat və bir QHT Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

Gununsesi.info