AZAL-dan İngiltərəyə uçuşlarla bağlı AÇIQLAMA

  • By admin
  • 21 Dekabr 2020 14:31

“Hazırda Bakı-London marşrutu üzrə xüsusi reyslər yoxdur. Bir neçə aydır ki, “Azərbaycan Hava Yolları” QSC (AZAL) İngiltərə ilə xüsusi reysləri həyata keçirmir”.

Gununsesi.info bildirir ki, bunu Publika.az-a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski deyib.

Qeyd edək ki, İngiltərədə COVID-19-un mutasiyaya uğramasından sonra Türkiyə də daxil olmaqla 20-yə yaxın ölkə Britaniya ilə aviaəlaqələri dayandırmağı qərara alıb.

Gununsesi.info