Dünən Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri vəzifəsinə təyin olunan Vüsal Nəsirlinin DİN-nin Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi general-mayor Zakir Nəsirovun oğlu olması barədə məlumat yayılıb .
Ancaq keçmiş DİN generalının yaxınlarının Gununsesi.info-ya verdiyi məlumata görə, bu barədə deyilənlər həqiqəti əks etdirmir.
“Zakir Nəsirovun bir oğlu var -Seymur Nəsirov, o da daxili işlər orqanlarında xidmət edir” deyə Gununsesi.info-ya bildirilib.
Firuzə
Gununsesi.info












