Azərbaycan qədimliklə yeniliyi bir arada saxlayan ölkədir - Türkiyəli jurnalist / VİDEO

Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakıda keçirilən 13-cü sessiyasının beşinci günü müxtəlif mövzularda müzakirələrlə davam edib.

Gün ərzində “Azərbaycanın ilk milli dayanıqlılıq standartının hazırlanması: dayanıqlı təcrübələr standartı”, “Böhranların bərpası və yenidənqurma prosesində mənzilin mərkəzi rolu”, “Mənzil maliyyələşdirilməsi üzrə yeni razılaşma”, “Şəhərlər üçün iqlimə dayanıqlı təbiətəsaslı həllər layihələri üzrə potensialın gücləndirilməsi” və digər istiqamətlərdə fikir mübadiləsi aparılıb.

Tədbirə Türkiyədən qatılan “Haber Global”ın jurnalisti Gununsesi.info-ya açıqlamasında Bakıda keçirilən forumla bağlı təəssüratlarını bölüşüb.

O bildirib ki, bu dəfə iştirakçı sayı əvvəlki tədbirlərlə müqayisədə daha çoxdur.

Onun sözlərinə görə, Qahirədə keçirilən oxşar forumla müqayisədə Bakı tədbirinə həm media nümayəndələrinin, həm də iştirakçıların daha geniş şəkildə qatılması diqqət çəkir.

“Forumun Bakıda keçirilməsi mühümdür. Çünki Azərbaycan yenidənqurma işlərində böyük təcrübəyə malikdir. Qarabağda aparılan bərpa-quruculuq işləri bu təcrübəni daha da artırıb.

Bu mənada, forumun Azərbaycanda keçirilməsini vacib hesab edirəm. Bu mənada bunu vacib hesab edirəm. Azərbaycanın həm də belə bir xüsusiyyəti var.

Həm qədim, həm də müasir memarlığın gözəlliyini Azərbaycanda getdiyimiz hər yerdə görmək mümkündür. Bunu Azərbaycanda getdiyiniz hər yerdə görmək mümkündür. Qədim memarlığın ən gözəl nümunələri Gəncədədir.

Eyni zamanda, qədim memarlıq nümunələri Bakıda da var. Bununla yanaşı, müasir memarlığın nümunələri — şüşəli binalar dediyiniz tikililər də mövcuddur.

Beləliklə, qədimlə yenini bir arada saxlayan və bunu ahəng içində yaşadan bir ölkədir Azərbaycan. Bu səbəbdən WUF-13 tədbirinin Bakıda keçirilməsi çox diqqətəlayiqdir.

Ümumillikdə Azərbaycana böyük maraq var. Bakını,Azərbaycanı görmək xüsusilə maraqlıdır. Çünki bu ölkədə hər yer gözəldir”.

 

@gununsesi.info

Azərbaycan qədimliklə yeniliyi bir arada saxlayan ölkədir – Türkiyəli jurnalist #xeber #xəbər

♬ orijinal səs – Gununsesi.info

 

Şəbnəm Rəhimova

Gununsesi.info