“Bəzi sahələri şəffaflaşdırmalı və artıq zərərlə işləməyən bir sistem qurmalıyıq” -Deputat

“Bəzi müəssisələr özəlləşdirilə bilər, amma elə sahələr də var ki, ziyana getsək belə, onları özəlləşdirmək mümkün deyil. Çünki burada milli maraqlar ön plandadır”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Razi Nurullayev deyib:

Xarici təşkilatların bu sahələri alması və sonra Azərbaycanda diktə etməsi təhlükəlidir. Məsələn, neftimizi SOCAR-a, ya da AZAL-ı necə özəlləşdirə bilərik? Əgər bir şirkət alsa və məlum olsa ki, o hansısa xarici ölkəyə bağlıdır, sabah desinlə ki,  “hava dumanlıdır uça bilmirəm”.

Deputat əlavə olaraq qeyd edib ki, SOCAR başqa xarici şirkətlərə məxsus olsa, onlar Azərbaycanın enerji siyasətinə təsir edib milli maraqlarımızı poza bilər:

“Buna görə bəzi sahələri şəffaflaşdırmalı və artıq zərərlə işləməyən bir sistem qurmalıyıq. Qabiliyyətsiz mütəxəssisləri əvəz edib, dövlətə və xalqa bağlı, bacarıqlı insanları bu sahələrə gətirməliyik ki, onlar ölkəyə xidmət etsinlər”.

Şəbnəm 

Gununsesi.info