Tələbələrlə təcrübə müddətində əmək müqaviləsi bağlanacaq

  • Müəllif: Firuzə
  • 03 Dekabr 2025 14:13

Tələbələrlə praktika müddətində əmək müqaviləsi bağlanacaq.

Gununsesi.info xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında Əmək Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərdə öz əksini tapıb.

Layihəyə əsasən əmək müqaviləsinin bağlanma halları genişlənir.

Belə ki, təhsilalanların istehsalat təlimi və təcrübəsi keçdiyi hallarda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsi əsasında Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunduqda da əmək müqaviləsi bağlanacaq.

 

Gununsesi.info