Bəzi rayonlarda suyun verilmə saatı azaldılır - Əhaliyə XƏBƏRDARLIQ!

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) istehlakçıların diqqətinə çatdırır ki, mövsüm keçidi ilə əlaqədar su təminatı sistemində bərpa və yeniləmə işləri həyata keçirilir.

Gununsesi.info  xəbər verir ki, agentlikdən verilən məlumata görə, anbarlardan qəbul edilən suyun həcmini artırmaq və sutəmizləyici qurğuların məhsuldarlığını yüksəltmək məqsədilə ərazidə zəruri texniki işlər icra olunur.

Görülən tədbirlər çərçivəsində şəbəkəyə ötürülən suyun həcmi müvəqqəti olaraq azaldılıb. Bununla əlaqədar olaraq, müxtəlif rayonların ərazilərində suyun verilmə qrafikində 2-3 saatlıq azalmalar (fasilələr) tətbiq edilir.

ADSEA yaranmış müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyir.

Gununsesi.info