Bakı treki 7 iyunda hazır vəziyyətə gətiriləcək

  • By admin
  • 30 May 2022 12:06

“Bakı Qran Prisi ilə bağlı tikinti və quraşdırma işlərinin 85 faizi başa çatıb”. 

Gununsesi.info xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin yarış obyektlərinin tikintisi üzrə rəhbər Tom Buçer deyib.

O qeyd edib ki, mühafizə hasarlarının və bloklarının quraşdırılması 8 gün ərzində tamamlanacaq və trek 6 iyun gecə saatlarından 7 iyun səhər saatlarına qədər bağlanacaq.

T.Buçer əlavə edib ki, Bakı treki 7 iyunda yarışa hazır vəziyyətə gətiriləcək: “Bundan sonra Beynəlxalq Avtomobil Federasiyası trekə baxış keçirəcək. Əgər ehtiyac olarsa, trekdə hər hansı düzəlişlər ediləcək”.

Gununsesi.info