Bakıda 13 yaşlı qızın evdən meyiti tapıldı

  • By Ayshan
  • 02 Dekabr 2025 10:49

Paytaxtın Binəqədi rayonunda mənzildən məktəbli qızın meyiti tapılıb.

Gununsesi.info xəbər verir ki, hadisə dekabrın 1-i saat 01 radələrində Rəsulzadə qəsəbəsində qeydə alınıb.

Belə ki, 2012-ci il təvəllüdlü Kəmalə Məmmədzadənin meyiti yaşadığı evdə yaxınları tərəfindən aşkarlanıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info