Bakıda 15 yaşlı yeniyetmə öldürüldü

  • By Ayshan
  • 17 Noyabr 2025 23:37

Noyabrın 17-də saat 22 radələrində Yasamal rayonu ərazisində 2010-cu il təvəllüdlü H. Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.

DİN-in Mətbuat Xidmətindən Gununsesi.info bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ə. Novruzlu saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Gununsesi.info