Bakıda 69 yaşlı qadını maşın vurdu

  • By Günel
  • 19 Yanvar 2025 12:12

Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, avtomobil yolu keçən 1956-cı il təvəllüdlü Əliyeva Əntiqə Məhəmməd qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Gununsesi.info