Bakıda dəhşətli qəza: maşın aşdı, hərəkət iflic oldu

  • By admin
  • 15 İyul 2021 17:29

Bakıda ağır yol qəzası baş verib.

Bakı Nəqliyyat Agentliyindən Gununsesi.info-ya verilən məlumata görə, hadisə paytaxtın Heydər Əliyev prospektində qeydə alınıb.

Hava limanı istiqamətində hərəkət edən nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Hazırda Sabunçu yol qovşağından hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.