
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə Qarabağ rayonunda qeydə alınıb.
Minik avtomobillərinin toqquşması zamanı 1990-cı il təvəllüdlü Mahmudov Elşən Elşad oğlu xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.
Gununsesi.info