Bakıda ikimərtəbəli bina yandı

  • By admin
  • 18 Aprel 2021 22:32

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 315 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 110 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən mətbuata verilən məlumata görə  evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info