Bakıda kirayədə qalan gənc qız dəm qazından boğularaq öldü

  • By Ayshan
  • 03 Dekabr 2025 21:08

Bakıda bədbəxt hadisə baş verib.

 

Gununsesi.info  Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsində qeydə alınıb.

 

Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbə sakini, 2007-ci il təvəllüdlü Leyli Məmmədova yaşadığı evin vanna otağında dəm qazından boğularaq dünyasını dəyişib.

 

Məlumata görə, mərhum həmin evdə kirayə qalırmış.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info