Bakıda maşın piyadanı vurub

  • Müəllif: Firuzə
  • 09 Yanvar 2026 09:24

Bakıda maşın 78 yaşlı qadını vurub.

Gununsesi.info  xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.

Belə ki, markası və dövlət qeydiyyat nişanı naməlum avtomobil Nizami rayonu, Q.Qarayev prospektində 1948-ci il təvəllüdlü Mahirə Bayramovanı vurub.

Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info