Bakıda minik avtomobili yandı

  • By admin
  • 06 Sentyabr 2021 09:05

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən avtomobil dayanacağında “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-a verilən məlumata görə, avtomobilin qalan hissəsi və dayanacaqda olan digər avtomobillər yanğından mühafizə olunub.

Gununsesi.info