Bakıda “Prius”un iştirakı ilə dəhşətli qəza - VİDEO/YENİLƏNDİ

  • By admin
  • 29 May 2023 22:40

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota” markalı minik avtomobili “KamAZ” markalı yük avtomobilinə çırpılıb, 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

19:03

Qala-Pirallahı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, “Toyoto Prius” markalı avtomobil yük maşınına çırpılıb.

Nəticədə “Toyoto Prius” avtomobilinin sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info