
Bakının Biləcəri dairəsi yaxınlığında yük avtomobili aşıb. Bu barədə Gununsesi.info-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, hadisə nəticəsində Moskva prospektindən bu istiqamətdə gələn nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Avtomobillər Bakı-Sumqayıt yoluna yönləndirilir. Bu səbəbdən də paytaxtdan Xırdalan dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
Mövcud vəziyyətdə bu istiqamətdə müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində də çətinliklər yaranıb.
Publika.az-ın hadisə yerində olan əməkdaşı bildirib ki, toyuq daşıyan TIR-la evakuator toqquşub. Nəticədə yük maşını aşıb və soyuqlar yola tökülüb.
İlkin məlumata görə, hadisə nəticəsində 1 nəfər vəfat edib.
Gununsesi.info