“BakuBus”un sürücülərinin nə qədər maaş aldığı məlum oldu

  • By Günel
  • 15 Yanvar 2025 21:39

“BakuBus” şirkəti Bakı şəhərində ictimai nəqliyyatın əsas operatorlarından biridir və yüksək standartlara uyğun avtobus xidmətləri təqdim edir.

Məlumata görə, şirkət sürücülərinə qarşı qoyulan tələblər, onların iş yükü və peşəkar səviyyələri maaşların formalaşmasına birbaşa təsir göstərir.

Bəs “BakuBus”ın sürücüləri arasında ən az və ən çox maaş nə qədərdir?

Gununsesi.info xəbər verir ki, “BakuBus”ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Əsmər Əliyeva Baku.ws-ə bildirib ki, sürücülərin əmək haqları 1200-1500 AZN arasında dəyişir:

“Əməkhaqqı sürücünün iş stajına, idarə etdiyi avtobusun ölçülərinə və ümumi fəaliyyət göstəricilərinə görə dəyişir. Bundan əlavə, “BakuBus”da uzun müddət çalışan və nümunəvi sürücülər hər ayın sonunda mükafatlandırılır”.

Gununsesi.info