Gəncədə 45 yaşlı kişini maşın vurub öldürdü

  • By Günel
  • 15 Yanvar 2025 21:45

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 45 yaşlı Ruslan Məmmədovu maşın vurub.

O aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Gununsesi.info