Cənubi Asiya ölkəsi Banqladeşdə hərbi təlim təyyarəsinin məktəb şəhərciyinə çırpılması nəticəsində bir nəfər həlak olub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Banqladeşin paytaxtı Dəkkədə hərbi hava qüvvələrinə məxsus təlim təyyarəsinin məktəb şəhərciyinə çırpılması nəticəsində bir nəfər ölüb.
“Dhaka Tribune” qəzetinin məlumatına görə, Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus F-7 hərbi təlim təyyarəsi Dəkkənin Uttara rayonunda qəzaya uğrayıb.
Səlahiyyətlilər təyyarənin ərazidəki məktəb şəhərciyinə çırpıldığını və ilkin məlumata görə, qəza nəticəsində bir nəfərin öldüyünü açıqlayıb.
Yaralılar xəstəxanaya çatdırılıb, axtarış-xilasetmə işləri davam edir.
Orxan












