Baş redaktor qeyd edib ki, Elçinin Bayramlı “Səs” qəzetində qonorar hesabına ştatdankənar jurnalist kimi çalışıb:
“Onun həbsi barədə məlumatı həyat yoldaşı, əməkdaşımız olan Lalə Mehralıdan öyrənmişəm. Elçin Bayramlını bacarıqlı jurnalist kimi xarakterizə edirəm. Yaxşı araşdırmaçıdır, sosial mövzularda maraqlı məqalələrlə çıxış edib”.
Bəhruz Quliyev deyib ki, Elçin Bayramlının fərdi məşğuliyyətlərinin redaksiya ilə heç bir əlaqəsi yoxdur: “Onun həbsi “Səs” qəzetindəki fəaliyyəti ilə bağlı deyil. İşdən kənar hərə öz əməlinə cavabdehdir”.
Qeyd edək ki, Nizami Rayon Məhkəməsinin hökmünə əsasən, E.Bayramlı ilə yanaşı İbrahim Əsədli və Abdulla İbrahimli hər biri 2 il, Mehman Zeynalov isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.













