“Bayden əsassız, haqsız ifadələrdən istifadə edib” – ƏRDOĞANDAN AÇIQLAMA

  • By admin
  • 26 Aprel 2021 20:38

“ABŞ Prezidenti Bayden 24 aprel günü yayımladığı mesajda coğrafiyamızda bir əsrdən uzun müddət yaşamış acı hadisələrlə əlaqədar əsassız, haqsız ifadələrdən istifadə edib”.

 

Gununsesi.info  xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Co Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsinə münasibət bildirərkən deyib.

 

“Heç bir tarixi, hüquqi təməli olmayan bu ifadələr millətimizin hər bir fərdi kimi, bizi də çox incidib.

Radikal erməni dairələrinin və Türkiyə əleyhinə olan çevrələrin təzyiqi ilə mətnə yer verildiyini düşünürük”, – deyə Ərdoğan bildirib.

Gununsesi.info