Daha 80-ə yaxın jurnalistə vaksin vuruldu

  • By admin
  • 26 Aprel 2021 20:15

Bu gün 80-ə yaxın jurnalist vaksinasiya olunub.

 Gununsesi.info xəbər verir ki, bunu Modern.az-a Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, ümumilikdə 300-ə yaxın jurnalist vaksinasiya edilib:

“Vaksinasiya prosesi həftə boyunca davam edəcək. Vaksinasiya üçün müraciət edən jurnalistlərin sayı artmaqdadır. Artıq 600-ə qədər jurnalist vaksinasiya olunmaq üçün müraciət edib. Vaksinasiya olunmaq istəyən bütün jurnalistlər vaksin olunana qədər bu prosesi davam etdirəcəyik”.

 

Gununsesi.info