Bayden Vaşinqtonu tərk etdi - FOTO

  • By Günel
  • 20 Yanvar 2025 23:31

Respublikaçı Donald Trampın ABŞ-nin 47-ci Prezidenti kimi and içməsindən sonra keçmiş ABŞ lideri Co Bayden ABŞ paytaxtını tərk edib.

Co Bayden həyat yoldaşı Jill ilə Ağ Evdən vida selfisini paylaşıb.

Gununsesi.info xəbər verir ki, o, fotonu “X” sosial şəbəkəsində yerləşdirib. Amerika xəbər televiziyaları Endryus Hərbi Hava Qüvvələri bazasından Baydenin havaya qalxan təyyarəsini yayımlayıb.

Keçmiş dövlət başçısı xanımı Cillə birlikdə Kaliforniya ştatına yollanıb.

Bayden, həmçinin prezidentliyinin son saatlarında əvvəlcədən bir sıra ailə üzvünü əfv edib.